Əsas kapitala yönəldilmiş investisiyalar haqqında
2024-cü ilin yanvar-mart aylarında əsas kapitala 3809,2 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 4,8 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 2122,6 milyon manatı və ya 55,7 faizi məhsul istehsalı sahələrinə, 1453,1 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 233,5 milyon manatı (6,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 3024,8 milyon manatını və ya 79,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 2681,9 milyon manatı və ya 70,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əlaqə telefonu: 377-10-70 (22-10)