AZ    EN
logo

2023-cü ildə tullantıların hərəkəti haqqında

15.04.2024, 12:00

2023-cü ildə ölkədə 4086,1 min ton tullantı əmələ gəlmiş və onların 66,6 faizini bərk məişət tullantıları, 33,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil etmişdir.

Ötən il yaranmış 2719,6 min ton bərk məişət tullantılarının 79,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 19,5 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 1,1 faizi ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 223,0 milyon kVt saat və ya 2022-ci illə müqayisədə 8,6 faiz çox elektrik enerjisi istehsal edilmişdir.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,9 faizi müəssisələrdə xammal kimi istifadə edilmiş, 19,9 faizi ölkə daxilində satılmış, 1,6 faizi ixrac olunmuş, 8,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 47,1 faizi isə müəssisələrdə qalmışdır.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2023-cü ildə 232,9 min ton və ya əvvəlki illə müqayisədə 30,9 faiz az təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 5,7 faiz olmuşdur. Tullantıların 67,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da  böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilmişdir.

Əlaqə telefonu: (+994 12) 377 10 70 (22 24)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim