AZ    EN
logo

2024-cü ilin yanvar-mart aylarında nəqliyyat dəhlizlərində yük daşımaları haqqında

15.05.2024, 12:00

2024-cü ilin yanvar-mart aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 7980,6 min ton, yük dövriyyəsi isə 3233,8 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 9,0 faiz artım müşahidə olunmuşdur. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3763,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 1966,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 2432,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 1698,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 86,3 min ton təşkil etmişdir. Yüklərin 3607,4 min tonu və ya 45,2 faizi dəmir yolu nəqliyyatı, 2527,5 min tonu və ya 31,7 faizi avtomobil nəqliyyatı, 1845,7 min tonu və ya 23,1 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60,2 faizini və ya 4808,0 min tonunu tranzit yüklər təşkil etmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-22)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim