Dövlət Statistika Komitəsi irihəcmli məlumatlar üzrə beynəlxalq seminarda təmsil olunub
2024-cü ilin 29-31 may tarixlərində Çinin Syamen şəhərində BMT-nin Statistika şöbəsi, BMT-nin Ticarət və İnkişaf Konfransı və Çin Milli Statistika Bürosunun birgə təşkilatçılığı ilə rəsmi statistika üçün irihəcmli məlumatlar üzrə “Rəqəmsal iqtisadi statistika” mövzusunda 5-ci beynəlxalq seminar keçirilib. Tədbirdə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak edib.
100-dən artıq iştirakçının qatıldığı seminarda rəqəmsal iqtisadiyyatın konsepsiyası, əhatə dairəsi, əhəmiyyəti və onun statistik ölçülməsi imkanlarına dair ümumi məlumat verilib, informasiya və kommunikasiya texnologiyaları (İKT) mallarının və xidmətlərinin istehsalı və ticarəti, e-kommersiya, rəqəmsal ehtiyat-istifadə cədvəlləri və ticarət də daxil olmaqla rəqəmsal iqtisadiyyatın müxtəlif aspektlərinin ölçülməsi və təhlili üzrə beynəlxalq metodologiyalar, təsnifatlar, statistik texnologiyalar və qabaqcıl təcrübələr üzrə müzakirələr aparılıb.
Tədbirin əsas məqsədi yüksək keyfiyyətli rəqəmsal iqtisadi statistikanın istehsalı üçün bilik və bacarıqların artırılması olub.