AZ    EN
logo

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

12.06.2024, 12:00

2024-cü ilin yanvar-may aylarında əsas kapitala 6640,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,1 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 3623,3 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 2379,1 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 638,5 milyon manatı (9,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 5386,9 milyon manatını və ya 81,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 4644,0 milyon manatı və ya 69,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim