2024-cü ilin yanvar-may aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7,0 faiz artmışdır.
Sənaye məhsulunun 64,7 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,1 faiz artmışdır.
Emal sektorunda tikinti materiallarının istehsalı 38,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,5 faiz, mebel istehsalı 36,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 36,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 faiz, əczaçılıq məhsullarının istehsalı 29,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,7 faiz, elektrik avadanlıqlarının istehsalı 22,2 faiz, geyim istehsalı 21,3 faiz, tütün məmulatlarının istehsalı 18,4 faiz, içkilərin istehsalı 16,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,0 faiz, hazır metal məmulatlarının istehsalı 10,2 faiz, neft məhsullarının istehsalı 7,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,1 faiz, qida məhsullarının istehsalı 4,1 faiz, kağız və karton istehsalı 2,7 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 7,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,1 faiz, poliqrafiya məhsullarının istehsalı 16,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18,4 faiz, maşın və avadanlıqların istehsalı 19,5 faiz, sair sənaye məhsullarının istehsalı isə 67,5 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,1 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,7 faiz artmışdır.
Əlaqə telefonu: 377-10-70 (22-10)