AZ    EN
logo

Ətraf mühitin mühafizəsinə çəkilmiş xərclər

19.07.2024, 12:00

2023-cü ildə ətraf mühitin mühafizəsinə çəkilmiş xərclər əvvəlki illə müqayisədə 2,9 dəfə artaraq 677,4 milyon manat təşkil edərək ümumi daxili məhsulun 0,6 faizinə bərabər olmuşdur. Bu vəsaitin 595,0 milyon manatı ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə üzrə əsas kapitala yönəldilmiş, 56,3 milyon manatı ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərdən ibarət olmuş, 26,1 milyon manatı isə meşə, qoruq və milli parkların saxlanmasına, vəhşi heyvanların, balıqların mühafizəsinə və çoxaldılmasına xərclənmişdir.

Ətraf mühitin mühafizəsi sahəsində bütün növ əsas fondların alınmasına, yaradılmasına və təkrar istehsalına, habelə ətraf mühitin digər formada bərpasına yönəldilmiş kapital qoyuluşlarının məcmusunu özündə ehtiva edən ətraf mühitin mühafizəsinə yönəldilmiş əsas kapitala investisiya qoyuluşu 2022-ci illə müqayisədə 3,7 dəfə artmış və onun 93,9 faizi suyun mühafizəsi, 6,1 faizi atmosfer və torpağın mühafizəsi istiqamətində xərclənmişdir.

Əlaqə telefonu: (+994 12) 377 10 70 (22 24)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim