AZ    EN
logo
2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 faiz təşkil etmişdir.2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9438,7 milyon manat məbləğində investisiya yönəldilmişdir.2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir2024-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22169,2 milyon ABŞ dolları təşkil etmişdir.2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi 3,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyul aylarında ölkədə ÜDM istehsalı 4,5 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 1002,8 manat təşkil etmişdir.2024-cü ilin yanvar-may aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1003,3 manat olmuşdur.2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında ölkədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18225,4 milyon ABŞ dolları təşkil etmişdir.2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7984,8 milyon manat məbləğində investisiya yönəldilmişdir.2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 101,1 faiz təşkil etmişdir.2024-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər olmuşdur.2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2024-cü ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 985,3 manat olmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

13.08.2024, 12:00

2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9438,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 2,9 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 4914,8 milyon manatı və ya 52,1 faizi məhsul istehsalı sahələrinə, 3404,4 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 1119,5 milyon manatı (11,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 7728,6 milyon manatını və ya 81,9 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 6632,7 milyon manatı və ya 70,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əlaqə telefonu: 377-10-70 (22-10)

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim