AZ    EN
logo
2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 faiz təşkil etmişdir.2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9438,7 milyon manat məbləğində investisiya yönəldilmişdir.2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir2024-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22169,2 milyon ABŞ dolları təşkil etmişdir.2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi 3,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyul aylarında ölkədə ÜDM istehsalı 4,5 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 1002,8 manat təşkil etmişdir.2024-cü ilin yanvar-may aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1003,3 manat olmuşdur.2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında ölkədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18225,4 milyon ABŞ dolları təşkil etmişdir.2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7984,8 milyon manat məbləğində investisiya yönəldilmişdir.2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 101,1 faiz təşkil etmişdir.2024-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər olmuşdur.2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2024-cü ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 985,3 manat olmuşdur.

Azərbaycanda demoqrafik vəziyyət

16.08.2024, 12:00

İlin əvvəlindən ölkə əhalisinin sayı 19243 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 10200013 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olmuşdur.

Əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Ədliyyə Nazirliyinin  rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 48702 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 9,6 təşkil etmişdir. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Körpələrdən 1622-si əkiz, 72-si üçəm və 4-ü isə dördəm doğulmuşdur.

Cari ilin birinci yarısında ölkədə 29775 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşmüşdür.

Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22250 nikah və 10430 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdır.

2024-cü ilin altı ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1487 nəfər gələn, Azərbaycandan isə 1171 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 316 nəfər təşkil etmişdir.

 

Əlaqə telefonu: 377-10-70 (daxili: 22-11)

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim