AZ    EN
logo
image

Dövlət Statistika Komitəsi statistik liderlik bacarıqlarının artırılmasına dair regional tədbirdə təmsil olunub

06.09.2024, 10:12

2024-cü ilin 4-6 sentyabr tarixlərində XXI əsrdə İnkişaf Naminə Statistikada Əməkdaşlıq (PARIS 21) təşkilatı, BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutu (SIAP) və Monqolustan Milli Statistika İdarəsi tərəfindən Ulan-Bator şəhərində milli statistika qurumlarının rəhbərləri üçün statistik liderlik bacarıqlarının artırılmasına dair regional təlim seminarı keçirilib. Tədbirdə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak edib.

Tədbir zamanı emosional zəkanın, psixoloji hazırlığın əhəmiyyəti və onlardan statistikanın təşkili və inkişafında istifadə olunması, bu sahədə liderliyin əsas amilləri, inklüziv liderlik sahəsində qabaqcıl təcrübələr, işçilərin karyerada yüksəlişinə dəstək üçün ünsiyyət bacarıqlarının gücləndirilməsi kimi mövzular müzakirə olunub, praktiki məşğələlər keçirilib.

Təlim seminarının məqsədi statistika qurumlarına rəhbərlik edən şəxslərin idarəetmə və liderlik bacarıqlarının yaxşılaşdırılması, qarşıya çıxan problemlərin səmərəli həlli ilə bağlı potensialının artırılmasından ibarət olub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim