AZ    EN
logo
image

Ümumdünya Telekommunikasiya/İKT Göstəriciləri Simpoziumunda Dövlət Statistika Komitəsinin təcrübəsi dinlənilib

25.09.2024, 09:31

2024-cü ilin 23-24 sentyabr tarixlərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Cenevrə şəhərində 19-cu Ümumdünya Telekommunikasiya/İKT Göstəriciləri Simpoziumu keçirilib.

Tədbirdə iştirak edən Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Simpoziumun İnkişaf Naminə İKT-nin ölçülməsi üzrə Əməkdaşlıq Proqramının 20 illik yubileyinə həsr olunmuş mərasimində “Azərbaycanda İKT statistikası: əsas məqamlar və İnkişaf Naminə İKT-nin ölçülməsi üzrə Əməkdaşlıq” və İKT statistikasının maliyyələşdirilməsi modellərinə həsr olunan sessiyasında “İnkişaf naminə maraqlı tərəflərlə əməkdaşlıq: İKT statistikası kontekstində” mövzularında Azərbaycan təcrübəsi barədə təqdimatlar edib, iştirakçılara son 20 il ərzində ölkəmizdə İKT statistikasının keçdiyi inkişaf yolu, sahənin inkişafında milli və beynəlxalq səviyyədə əməkdaşlığın rolu, beynəlxalq tövsiyələrə uyğun göstəricilər üzrə məlumatların əldə edilməsi məqsədilə təşkil edilmiş statistik müşahidələr və əldə edilmiş rəsmi statistika məlumatlarının istifadəçilərə təqdim edilməsi ilə bağlı ətraflı məlumat verib. Eyni zamanda, Y.Yusifov Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və növbəti ildə Bakıda keçirilməsi təsdiq edilmiş Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (ÜTİK) ilə əlaqədar statistikaya yeni tələblərin formalaşdığını diqqətə çatdırıb.

Qeyd etmək lazımdır ki, 1996-cı ildən başlayaraq hər il təşkil olunan və cari il üçün mövzusu “Göstəricilərdən fəaliyyətə: universal və konstruktiv ünsiyyət üçün məlumat boşluqlarının aradan qaldırılması” olan Simpoziumun əsas məqsədi rəqəmsal rifahın statistik ölçülməsini təkmilləşdirmək, məlumat istehsalçıları ilə istifadəçilər arasında əlaqələri, informasiya təminatını yüksəltməklə faktlara əsaslanan siyasətin formalaşdırılmasına dəstək verməkdir.

Tədbirdə 14 beynəlxalq təşkilatın birgə təsis etdiyi İnkişaf Naminə İKT-nin ölçülməsi üzrə Əməkdaşlıq Proqramının 20 illik yubileyi qeyd olunub, “Gələcəyə dönüş: texnologiya, məlumat, kommunikasiya” mövzusunda konseptual məruzə dinlənilib, “Universal və əhəmiyyətli əlaqələr üçün məlumat”, İKT-yə əlçatanlıq və ondan istifadə ilə bağlı statistika istehsalının təkmilləşdirilməsi: BTİ-nin ev təsərrüfatlarında İKT göstəriciləri üzrə Ekspert Qrupunun gələcək baxışı, İKT statistikasının maliyyələşdirilməsi modelləri, mobil telefon irihəcmli məlumatları: metodlardan tətbiqə, yeni nəsil statistika – süni intellektdən istifadə adlı sessiyalar təşkil edilib.

Məlumat üçün bildirilir ki, Dövlət Statistika Komitəsi Simpoziuma İKT statistikasının beynəlxalq standartlara uyğun təşkili sahəsində uzunmüddətli və dayanıqlı fəaliyyətinə görə xüsusi dəvət əsasında qatılıb.

Tədbir barədə daha ətraflı məlumatı https://www.itu.int/itu-d/meetings/wtis24/ linkindən əldə etmək olar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim