AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk arasında görüş keçirilib

09.10.2024, 17:57

Oktyabrın 9-da Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru xanım Zehra Zümrüt Selçuk ilə görüşüb.

Görüşdə son illər ərzində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə SESRİC arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” ilə iki qurum arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunduğu qeyd olunub. Vurğulanıb ki, Memorandumun icrası Azərbaycan Respublikasının rəsmi statistika sisteminin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsinə, statistik məlumatların mübadiləsi, təlim səfərləri və seminarlar vasitəsilə statistik potensialın artırılmasına, əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verməkdədir.

SESRIC-in Baş direktoru xanım Zehra Zümrüt Selçuk səmimi görüşə görə Tahir Budaqova öz təşəkkürünü bildirərək, Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticələrin əldə olunduğunu, SESRIC tərəfindən təşkil olunan tədbirlərdə Komitənin aktiv fəaliyyətindən məmnunluğunu ifadə edib, sözügedən Memorandum çərçivəsində bundan sonra da müvafiq zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim