Əsas kapitala yönəldilmiş investisiyalar haqqında
2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 12711,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azalmışdır. İstifadə olunmuş investisiyanın 6302,0 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4743,8 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 10578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 9193,0 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əlaqə telefonu: 377-10-70 (22-10)