2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2024-cü ilin yanvar-sentyabr aylarında 1031 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olmuşdur. Onlardan 520-si həlak olmuş, 914-ü isə yaralanmışdır. Hadisələrin 41,0 faizi gündüz, 40,6 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz azalaraq 381 nəfər, yaralananların sayı isə 13,3 faiz azalaraq 851 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı |
||
Göstəricinin adı |
2024-cü ilin yanvar- sentyabr aylarında |
2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
---|---|---|
Bütün yol-nəqliyyat hadisələri – cəmi |
1031 |
85,6 |
Məkanına görə: magistral avtomobil yollarında |
139 |
88,5 |
yaşayış məntəqələrində |
892 |
85,2 |
İşıqlılıq vəziyyətinə görə: |
|
|
gündüz vaxtı |
423 |
80,6 |
toran vaxtı |
190 |
94,1 |
gecə vaxtı |
418 |
87,6 |
Yol örtüyünün vəziyyətinə görə: |
|
|
quru yol örtüyü |
973 |
85,1 |
digər (yaş, buz və s.) |
58 |
95,1 |
Zərərçəkənlərin sayı, nəfər |
1434 |
86,3 |
həlak olanlar |
520 |
82,9 |
yaralananlar |
914 |
88,4 |
Bütün yol-nəqliyyat hadisələrinin 38,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 38,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 22,6 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,8 faizini, yaralananların isə 71,6 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş vermiş, nəticədə 8 nəfər həlak olmuş, 12 nəfər yaralanmışdır. Hadisələrin 14-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Əlaqə telefonu: 377-10-70 (22-22)