AZ    EN
logo

Pərakəndə ticarət dövriyyəsi haqqında

12.12.2024, 12:00

2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53867,7 milyon manatlıq, o cümlədən 29534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24332,9 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 6,1 faiz artmışdır.

 Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir,

milyon manat

2023-cü ilin yanvar-noyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

53 867,7

103,8

       o cümlədən:  

 

 

ərzaq məhsulları      

27 250,0

102,2

içkilər və tütün məmulatları  

         2 284,8

98,9

toxuculuq məhsulları, geyim və ayaqqabılar

8 071,5

105,4

elektrik malları və mebellər

2 671,5

106,2

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

 631,4

120,9

əczaçılıq məhsulları və tibbi ləvazimatlar

1 144,6

99,3

avtomobil benzini və dizel yanacağı

3 120,4

106,9

digər qeyri-ərzaq malları

8 693,5

106,3

 

2024-cü ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının, 15,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

2024-cü ilin yanvar-noyabr aylarında

pərakəndə ticarət dövriyyəsinin strukturu

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,7 faiz, fərdi sahibkarlar üzrə 1,0 faiz, bazar və yarmarkalarda 3,1 faiz artmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 480,0 manatlıq, o cümlədən 263,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 216,8 manatlıq qeyri-ərzaq malları almışdır.   

     

Əlaqə telefonu: 377 10 70 (22-60)                            

                

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim