AZ    EN
logo

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

12.12.2024, 12:00

2024-cü ilin yanvar-noyabr aylarında əsas kapitala 15910,3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,0 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalmışdır. İstifadə olunmuş investisiyanın 8138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 13066,5 milyon manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 11434,8 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim