AZ    EN
logo

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

17.01.2025, 12:00

2024-cü ildə əsas kapitala 21435,1 milyon manat məbləğində, yaxud 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 10641,3 milyon manatı və ya 49,6 faizi məhsul  istehsalı  sahələrinə, 8221,1 milyon  manatı (38,4 faizi) xidmət sahələrinə, 2572,7 milyon manatı (12,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 18145,7 milyon manatını və ya 84,7 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 15524,9 milyon manatı və ya 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əlaqə telefonu: 377-10-70 (22-10)

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim