AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib

17.01.2025, 15:24

Yanvarın 17-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə çıxış edən iştirakçılar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına etiraz əlaməti olaraq keçirdiyi kütləvi aksiyaları dağıtmaq, geniş vüsət alan milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə ölkəyə hərbi kontingent yeridərək dinc əhaliyə qarşı amansız qırğın törətdiyi qeyd edilib.

Eyni zamanda 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlandığı, Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid versə də iradəsinin sınmadığı və milli ruhunun sarsılmadığı vurğulanıb. Xalqın həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardığı və  pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malik olduğunu sübut etdiyi bildirilib.

Tədbirdə 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyindən, məhz onun təşəbbüsü ilə şəhidlərin xatirəsinin əbədiləşdirildiyindən, 20 Yanvar Ümumxalq Hüzn Gününün elan edildiyindən bəhs olunub. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin də 20 Yanvar əlilləri və şəhid ailələrindən diqqət və qayğını əsirgəmədiyi, onların sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxladığı, bu istiqamətdə mühüm tədbirlər həyata keçirdiyi nəzərə çatdırılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim