AZ    EN
logo

Meşəbərpa tədbirlərinin aparılması haqqında

27.02.2025, 12:00

Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2024-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 7520,4 hektar sahədə və ya əvvəlki illə müqayisədə 9,8 faiz çox meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilmişdir. Görülmüş tədbirlər çərçivəsində 807,6 hektar sahədə meşə əkinləri, 672,8 hektar sahədə meşə səpinləri işləri aparılmış, 21,0 hektar sahədə meşə-bağlar, 10,0 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış, 4,0 hektar sahədə yenidənəkmə (rekonstruksiya) üsulu ilə əkin aparılmış və 6005,0 hektar sahədə təbii bərpaya kömək göstərilmişdir. Ümumilikdə, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 20881,8 hektar təşkil etmişdir.

Bundan başqa, toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 17,9 hektar sahəyə toxumlar səpilmiş, çilik kökləndirməsi məqsədilə 1,1 hektar sahəyə 60,0 min ədəd çilik basdırılmışdır.

2024-cü ildə meşə fondu sahələrindən 108,5 ton və ya əvvəlki illə müqayisədə 8,6 faiz çox meyvə, meşə-ağac və kol cinslərinin toxumları tədarük edilmişdir ki, bunların da 105.5 tonu meşə- ağac və kol cinsləri toxumlarının, 3,0 tonu isə meyvə ağacları toxumlarının payına düşmüşdür.

 

Əlaqə telefonu: 377 10 70 (22-40)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim