AZ    EN
logo

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

12.03.2025, 12:00

2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2008,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz az olmuşdur. İstifadə olunmuş investisiyanın 1050,6 milyon manatı və ya 52,3 faizi məhsul  istehsalı  sahələrinə, 661,5 milyon  manatı (32,9 faizi) xidmət sahələrinə, 296,8 milyon manatı (14,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 1422,4 milyon manatını və ya 70,8 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 1558,0 milyon manatı və ya 77,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

 

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim