AZ    EN
logo

Atmosfer havasına atılan zərərli maddələr haqqında

18.03.2025, 12:00

2024-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2023-cü illə müqayisədə 2,2 min ton azalaraq ümumilikdə 963,0 min ton təşkil etmişdir ki, onun da 88,0 faizi və ya 847,2­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 3,2 faiz artmış, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 19,8 faiz azalmışdır. Stasionar mənbələrdən atılan zərərli  tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 14,4 min ton, Sumqayıt şəhərində 0,3 min ton, Mingəçevir şəhərində isə 0,2 min ton azalmışdır.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 74,4 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 11,7 min ton zərərli maddələrin atılmasının qarşısı alınmışdır.

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 62,1 faizini karbon oksidi, 19,8 faizini karbohidrogenlər, 14,2 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil etmişdir.

 

Əlaqə telefonu: (+994 12) 377 10 70 (22 24)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim