Əsas kapitala yönəldilmiş investisiyalar haqqında
2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 3467,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,4 faiz azalmışdır. İstifadə olunmuş investisiyanın 1814,6 milyon manatı və ya 52,3 faizi məhsul istehsalı sahələrinə, 970,2 milyon manatı (28,0 faizi) xidmət sahələrinə, 682,9 milyon manatı (19,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 2519,0 milyon manatını və ya 72,6 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 2693,5 milyon manatı və ya 77,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əlaqə telefonu: 377-10-70 (22-10)