AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib.

24.07.2025, 16:48

İyulun 24-də Dövlət Statistika Komitəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Beynəlxalq Valyuta Fondu arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, milli hesablar statistikası üzrə sonuncu texniki yardım missiyasının nəticələri, istehsal və xərclər üsulları ilə rüblük ÜDM-in, İstehlak Qiymətləri İndeksinin (İQİ) hesablanması və bir sıra digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda görüşdə BMT-nin Uşaq Fondunun Dövlət Statistika Komitəsi ilə birgə keçirdiyi Çoxgöstəricili Klaster Sorğusu (MICS) və hazırda ölkəmizdə keçirilən kənd təsərrüfatının siyahıyaalınması barəsində də məlumat verilib.

Daha sonra Dövlət Statistika Komitəsi ilə Beynəlxalq Valyuta Fondu arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari naxcivan_statistika_komitesi etsim