AZ    EN
logo
image

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qırğız Respublikasının dövlət statistika qurumunun yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə və MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının iclasında iştirak edib

24.04.2026, 18:55

2026-cı ilin 23 aprel tarixində Bişkek şəhərində MDB Dövlətlərarası Statistika Komitəsi və Qırğız Respublikasının Milli Statistika Komitəsinin birgə təşkilatçılığı ilə Qırğız Respublikasının dövlət statistika qurumunun yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir və 24 aprel tarixində İssık-Kul vilayətində MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 75-ci iclası keçirilib. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov iştirak edib.

Statistika Xidmətləri Rəhbərləri Şurasının 75-ci iclası zamanı MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 2025-ci ildə fəaliyyəti, MDB Dövlətlərarası Statistika Komitəsinin 2025-ci ildə gördüyü işlər, 2030-cu ilədək statistika sahəsində MDB-nin iqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin (2026–2030-cu illər) həyata keçirilməsi üzrə tədbirlər planı, eləcə də “MDB statistikasının inkişafı” layihəsinin 2023-2025-ci illərdə icrası ilə bağlı işlərin gedişatı və digər məsələlər müzakirə olunub.     

Tədbir çərçivəsində “Statistik biznes-proseslərin modernizasiyası: rəsmi statistikanın yeni ekosisteminin formalaşdırılması” mövzusunda Beynəlxalq Forum keçirilib. Forumda rəsmi statistikanın modernizasiyası, statistik biznes-proseslərin rəqəmsal transformasiyası, eləcə də artan çağırışlar və istifadəçi ehtiyaclarının ödənilməsi zərurəti fonunda statistik potensialın artırılmasına dair aktual məsələlərlə bağlı müzakirələr aparılıb.  

Forumda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov təqdimatla çıxış edərək Azərbaycan Respublikasında milli statistika sistemi, o cümlədən Komitə tərəfindən həyata keçirilməsinə başlanılan rəqəmsal xidmətlər, rəsmi statistikada inzibati, peyk və irihəcmli məlumatlardan istifadə, beynəlxalq layihələr və gələcək inkişafın prioritet istiqamətləri ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim