2026-cı ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı
2026-cı ilin yanvar-aprel aylarında ölkədə 39875,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 0,7 faiz artmışdır.
ÜDM istehsalının 35,7 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 22,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil etmişdir
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 9,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,0 faiz, sənayedə 0,6 faiz, digər xidmət sahələrində 0,5 faiz artmış, tikintidə isə 19,0 faiz azalmışdır.
Əlaqə nömrəsi: 012 377-10-70 (2215)
