2026-cı ilin yanvar-aprel aylarında sənaye istehsalı haqqında
Sənaye sektorunda 2026-cı ilin yanvar-aprel aylarında 21,1 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Emal sənayesində 2026-cı ilin yanvar-aprel aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, əczaçılıq məhsullarının istehsalı, toxuculuq sənayesi, elektrik avadanlıqlarının istehsalı, poliqrafiya məhsullarının istehsalı, tütün məmulatlarının istehsalı sahələrində olmuşdur.
Əlaqə telefonu: 377-10-70 (22-10)
