Xarici ticarət əlaqələri haqqında
2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 107 ölkəyə məhsul ixrac olunmuş, 145 ölkədən idxal olunmuşdur. 2026-cı ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 10147,5 milyon ABŞ dolları təşkil etmiş və 2138,1 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır.


2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında buğda idxalı real ifadədə 29,1 faiz, təzə meyvə idxalı 5,7 faiz, avtobus idxalı 2,5 dəfə, qara metallardan boruların idxalı 4,4 faiz, hesablama maşınları, blok və qurğuların idxalı 9,8 faiz artmış, şokolad və şokolad məhsullarının idxalı 17,0 faiz, kərə yağı, digər süd yağları və pastaların idxalı 24,9 faiz, xam şəkərin idxalı 19,0 faiz, minik avtomobillərinin idxalı 36,2 faiz, dərman vasitələrinin idxalı 34,3 faiz, polad prokatının idxalı 17,1 faiz, ayaqqabıların idxalı 8,1 faiz azalmışdır.

