Minskdə statistika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan nümayəndə heyətinin Minsk şəhərinə səfəri çərçivəsində Belarus Respublikasının Milli Statistika Komitəsində görüş keçirilib.
Görüşdə Belarus Respublikasının Milli Statistika Komitəsinin sədri İnna Medvedeva ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov arasında müasir statistik fəaliyyətin mühüm istiqamətlərindən olan inzibati məlumatlarla iş sahəsində aktual məsələlər müzakirə olunub.
Xüsusi diqqət inzibati məlumatların keyfiyyətinin qiymətləndirilməsi, statistik orqan tərəfindən onların formalaşdırılmasına nəzarət və təsir mexanizmlərinin mövcudluğu, həmçinin hüquqi tənzimləmə məsələlərinə yönəldilib.
Bununla yanaşı, tərəflər statistik proseslərin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi aparıb, statistik sistemdə rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi məsələlərini müzakirə ediblər.


.png)