Dövlət Statistika Komitəsinin nümayəndələri Sankt-Peterburqda beynəlxalq tədbirdə iştirak ediblər
8-9 iyun tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “MDB statistikasının inkişafı” layihəsi çərçivəsində “Statistikada süni intellektin və irihəcmli məlumatların istifadə olunması məsələlərinə dair” beynəlxalq tədbir keçirilib.
Tədbirdə Dövlət Statistika Komitəsindən sədrin müşaviri Samir Qənili və İnformasiya texnologiyaları şöbəsi müdirinin müavini Səyavuş Əhmədov iştirak ediblər.
Samir Qənili tədbir çərçivəsində “Rəsmi statistika sistemində irihəcmli məlumatların və süni intellekt texnologiyalarının tətbiqi, Azərbaycanın təcrübəsi və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Çıxış zamanı rəsmi statistika sahəsində həyata keçirilən işlər və əldə olunan nəticələr barədə məlumat verilib.


