AZ    EN
logo

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

16.06.2026, 12:00

2026-cı ilin yanvar-may aylarında əsas kapitala 6650,1 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,1 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 28,4 faiz artaraq 2551,9 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 14,7 faiz azalaraq 4098,2 milyon manat olub.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 16,0 faiz artaraq 3960,3 milyon manat, xidmət sahələri üzrə real ifadədə 23,5 faiz azalaraq 1732,1 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 13,9 faiz azalaraq 957,7 milyon manat olub.

 

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim