AZ    EN
logo

Sənaye istehsalı haqqında

17.06.2026, 12:00

Sənaye sektorunda 2026-cı ilin yanvar-may aylarında 27,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib.

Emal sənayesində 2026-cı ilin yanvar-may aylarında 8999,9 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.  

Emal sənayesində 2026-cı ilin yanvar-may aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (2,8 dəfə), toxuculuq sənayesi (+32,2%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+27,9%), tütün məmulatlarının istehsalı (+20,6%), elektrik avadanlıqlarının istehsalı (+18,4%), əczaçılıq məhsullarının istehsalı (+14,6%), kağız və karton istehsalı (+13,5%), qida məhsullarının istehsalı (+10,7%) sahələrində olub.

 

Əlaqə telefonu: 377-10-70 (22-10)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim