AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin sədri Avrostatın baş direktorunun müavini ilə görüşüb

26.06.2026, 15:43

Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov İsveçrənin Cenevrə şəhərinə səfəri zamanı Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) baş direktorunun müavini Atanasios Tanopulos ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avrostat arasında statistika sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Müzakirələrin əsas mövzularından biri ilin sonunda Avrostat tərəfindən keçirilməsi nəzərdə tutulan qlobal qiymətləndirmə prosesi olub. Bu çərçivədə qlobal qiymətləndirmənin həyata keçirilmə mexanizmləri, fəaliyyət cədvəli və iş planı ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Qlobal qiymətləndirmənin məqsədi milli statistika sistemlərinin Avropa və beynəlxalq statistika standartlarına, Avropa Statistikasının Normalar Məcəlləsinə və Avrostatın “Statistikaya dair tələblər kompendiumu”na uyğunluğunu müəyyən etməkdir.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim