AZ    EN
logo

2026-cı ilin yanvar-iyun aylarında Ümumi Daxili Məhsul istehsalı

15.07.2026, 12:00

2026-cı ilin yanvar-iyun aylarında ölkədə 65207,0 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,5 faiz artıb.

ÜDM istehsalının 34,6 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 22,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər real ifadədə 8,0 faiz, informasiya və rabitə sahələrində 7,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,2 faiz, digər xidmət sahələrində 0,9 faiz, sənayedə 0,3 faiz artıb, tikintidə isə 13,0 faiz azalıb.

 

Əlaqə nömrəsi: 377 10 70 (22 15)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim