Dövlət Statistika Komitəsində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər rəsmi statistikanın inkişafı, məlumatların keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartların tətbiqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı Komitə sədri ölkədə milli statistika sisteminin beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğunlaşdırılması istiqamətində həyata keçirilən institusional və metodoloji islahatlar, habelə bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin Beynəlxalq Valyuta Fondunun texniki dəstəyi çərçivəsində milli hesablar sisteminin qiymətləndirilməsi, eləcə də Azərbaycan Respublikasının “Rəsmi statistika haqqında” Qanununun nəzərdən keçirilməsi istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



