Ev təsərrüfatlarının gəlir və istehlak xərclərinə dair məlumatlar təqdim edilib
“Ev təsərrüfatları tədqiqatının yekunları” statistik məcmuəsinin növbəti buraxılışı nəşr olunub.
Məcmuə şəhər və kənd yerləri, iqtisadi rayonlar, eləcə də ev təsərrüfatlarının sosial-demoqrafik qrupları üzrə gəlir və istehlak xərclərinə dair məlumatları əhatə edir.
Nəşrdə təqdim edilən göstəricilər əhalinin müxtəlif qrup və təbəqələrinin həyat səviyyəsinin öyrənilməsi məqsədilə aparılan ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatının nəticələrinə əsaslanır.
Məcmuənin elektron versiyası ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/evtes_2026.pdf

