AZ    EN
logo

İstehlak qiymətlərinin dəyişməsi haqqında

11.08.2026, 16:00

2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-iyul aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.

2025-ci ilin iyul ayı ilə müqayisədə cari ilin iyul ayında istehlak qiymətləri 5,8 faiz artıb, iyun ayına nisbətən isə 0,1 faiz azalıb.

 

2026-cı ilin iyul ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 faiz azalıb, əvvəlki ilin müvafiq ayına nisbətən 7,3 faiz artıb.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından uzun düyü, makaron məmulatları, mal və qoyun əti, qatıq, kəsmik, yumurta, süfrə marqarini, limon, albalı, gilas, ərik, ağ kələm, göyərti, yerkökü, soğan və süfrə duzunun qiymətləri bahalaşıb, banan, alma, armud, alça, gavalı, şaftalı, qarpız, yemiş, üzüm, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, sarımsaq və kartofun qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin iyul ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən sabit qalıb, əvvəlki ilin müvafiq ayına nisbətən 3,7 faiz artıb. İyul ayında əvvəlki ayla müqayisədə boya, minik avtomobilləri üçün ehtiyat hissələri və mühərrik yağlarının qiymətləri bahalaşıb, zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,4 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə mənzillərin kirayə haqları, ölkədaxili istirahət turları, kafe və restoranlar tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim