AZ    EN
logo

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

12.08.2026, 16:00

2026-cı ilin yanvar-iyul aylarında əsas kapitala 11.111,9 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 33,6 faiz artaraq 3.708,6 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 1,9 faiz artaraq 7.403,3 milyon manat olub.

 

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 17,3 faiz artaraq 6.006,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 4,0 faiz artaraq 3.521,0 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 3,4 faiz artaraq 1.584,3 milyon manat olub.

 

Əlaqə telefonu: 377-10-70 (22-10)

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim