AZ    EN
logo

Pərakəndə ticarət dövriyyəsi haqqında

13.08.2026, 10:00

2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38358,5 milyon manatlıq, o cümlədən 20843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17514,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

Məhsul qruplarının adları 2026-cı ilin yanvar-iyul ayları,
milyon manat
2026-cı ilin yanvar-iyul ayları
2025-ci ilin müvafiq dövrünə nisbətən
Pərakəndə ticarət dövriyyəsi 38 358,5 +3,8%
      o cümlədən:
ərzaq məhsulları
19 172,2 +1,4%
içkilər və tütün məmulatları 1 671,7 +1,3%
toxuculuq məhsulları, geyim və
ayaqqabılar
4 789,4 +4,4%
elektrik malları və mebellər 1 836,2 +8,1%
kompüterlər, telekommunikasiya
avadanlıqları və çap məhsulları
548,3 +32,1%
əczaçılıq məhsulları və tibbi
ləvazimatlar
1 079,9 +23,8%
avtomobil yanacağı 2 327,3 +4,9%
digər qeyri-ərzaq malları 6 933,5 +4,7%

 

2026-cı ilin yanvar-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,0 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 533,6 manatlıq, o cümlədən 290,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 243,6 manatlıq qeyri-ərzaq malları alıb.   

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim