2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı xidmətləri haqqında
2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,1 faiz çox xidmət göstərilib. Xidmətlərin 5530,7 milyon manatı (60,1 faizi) yük daşınması, 2522,9 milyon manatı (27,4 faizi) sərnişin daşınması, 1153,0 milyon manatı (12,5 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
Nəqliyyat sektorunda 140,8 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çox yük daşınıb. Yüklərin 63,0 faizi avtomobil, 25,9 faizi boru kəməri, 7,4 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi hava nəqliyyatı ilə daşınıb.
Daşınmış sərnişinlərin sayı 1290,0 milyon nəfər və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çox olub. Sərnişinlərin 89,3 faizi avtomobil nəqliyyatı, 10,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
