2026-cı ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətləri haqqında
2026-cı ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2378,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,4 faiz çox xidmət göstərilib. Xidmətlərin 742,1 milyon manatını (31.2 faizini) mobil telefon rabitəsi, 383,0 milyon manatını (16,1 faizini) internet, 379,3 milyon manatını (16,0 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 274,2 milyon manatını (11,5 faizini) informasiya, 600,0 milyon manatını (25,2 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri 34,8 faiz, internet xidmətləri 22,0 faiz, informasiya xidmətləri 13,2 faiz, mobil telefon rabitəsi xidmətləri 2,9 faiz, digər informasiya və rabitə xidmətləri 4,9 faiz artıb.
Əlaqə nömrəsi: 377 10 70 (22-75)
