AZ    EN
logo

Narkotik vasitələrlə bağlı cinayətlər haqqında

21.08.2026, 12:00

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar–iyun ayları ərzində ölkədə qeydə alınmış 15420 cinayət hadisəsinin 4460-ı və ya 28,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur ki, bu da ötən ilin müvafiq dövrün göstəricisindən 4,4 faiz azdır. Həmin cinayətlərin 73,0 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 24,6 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 1,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,7 faizini isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər təşkil etmişdir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 2853 şəxs müəyyən edilmişdir. Onların 44,2 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz çoxdur. Sözügedən cinayətlərin 1386-sı narkotik aludəçiləri tərəfindən törədilmişdir və bu ötən ilin müvafiq dövrünün göstəricisindən 1,5 faiz azdır.

Bununla yanaşı, cari ilin birinci yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2011 inzibati xəta qeydə alınmışdır.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim