Naxçıvanda turizmə dair seçmə statistik müşahidələr davam etdirilir
Turizmə dair seçmə statistik müşahidələr Naxçıvan Muxtar Respublikasında da davam etdirilir.
Bu çərçivədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanında turizm üzrə sorğular aparılır.
Sorğular zamanı respondentlərin səfər məqsədi və müddəti, istifadə etdikləri yerləşmə vasitələri, çəkilən xərclər və turizm statistikasının hazırlanması üçün digər zəruri məlumatlar öyrənilir.
Seçmə statistik müşahidələrin keçirilməsi turizm sahəsi üzrə daha dolğun və etibarlı məlumatların əldə edilməsinə və müvafiq statistik göstəricilərin formalaşdırılmasına xidmət edir.
Toplanan məlumatlar yalnız statistik məqsədlərlə istifadə olunur, fərdi məlumatların məxfiliyi isə qanunvericiliyin tələblərinə uyğun qorunur.



.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
