“Azərbaycanda uşaqlar” statistik məcmuəsinin növbəti buraxılışı nəşr olunub
Məcmuədə 2000–2025-ci illər üzrə uşaqların sayı, doğulanlar, ölənlər və təbii artım, həmçinin məktəbəqədər və ümumi təhsil müəssisələri, uşaq xəstəlikləri haqqında göstəricilər iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə əks etdirilib.
Statistik məcmuə iqtisadçılar, idarəetmə orqanlarının əməkdaşları, kütləvi informasiya vasitələri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Ətraflı statistik məlumatlar üçün: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/Azerbaycanda_ushaqlar_2026.pdf

