AZ    EN
logo
image

“Azərbaycanda ətraf mühit” statistik məcmuəsinin növbəti buraxılışı nəşr olunub

31.08.2026, 16:56

Dövlət Statistika Komitəsi “Azərbaycanda ətraf mühit” statistik məcmuəsinin növbəti buraxılışını nəşr edib.

Məcmuədə Azərbaycanda ətraf mühitin vəziyyətini, eləcə də meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatlarını xarakterizə edən əsas statistik məlumatlar təqdim olunur.

Nəşrdə demoqrafik vəziyyət, əhalinin sağlamlığı, torpaq və meşə ehtiyatları, xüsusi mühafizə olunan təbiət əraziləri, balıqçılıq və ovçuluq, su ehtiyatlarından istifadə, atmosfer havasının mühafizəsi, təhlükəli tullantılar, həmçinin ətraf mühitin mühafizəsinə çəkilən xərclər üzrə məlumatlar yer alıb.

Bəzi göstəricilər ölkənin iqtisadi rayonları üzrə də təqdim edilib.

Məcmuənin elektron versiyası ilə keçid vasitəsilə tanış olmaq mümkündür: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/environment_2026.pdf


 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim