“Əmək bazarı” statistik məcmuəsinin növbəti buraxılışı nəşr olunub
Dövlət Statistika Komitəsi “Əmək bazarı” statistik məcmuəsinin növbəti buraxılışını nəşr edib.
Məcmuədə 2010–2025-ci illər üzrə ölkənin əmək bazarının vəziyyətini əks etdirən statistik məlumatlar yer alıb.
Nəşrdə işçi qüvvəsi, məşğul və işsiz əhali, muzdla çalışanların sayı və hərəkəti, əməkhaqqı, əmək şəraiti, kadr hazırlığı, işçi qüvvəsinin saxlanılmasına çəkilən xərclər, dövlət qulluqçuları, eləcə də əmək bazarını xarakterizə edən digər göstəricilər təqdim olunur.
Məcmuənin elektron versiyası ilə keçid vasitəsilə tanış olmaq mümkündür: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/emek_bazari_2026.pdf

