Sənaye istehsalı haqqında
Sənaye sektorunda 2026-cı ilin yanvar-avqust aylarında 44,6 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,4 faiz az sənaye məhsulu istehsal edilib.


Emal sənayesində 2026-cı ilin yanvar-avqust aylarında 14.912,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Emal sənayesində 2026-cı ilin yanvar-avqust aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+89,3%), əczaçılıq məhsullarının istehsalı (+48,4%), mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı (+38,7%), toxuculuq sənayesi (+28,8%), tütün məmulatlarının istehsalı (+16,3%), kağız və karton istehsalı (+14,1%), rezin və plastik kütlə məmulatlarının istehsalı (+9,2%), tikinti materiallarının istehsalı (+9,0%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8,0%), qida məhsullarının istehsalı (+7,9%), metallurgiya sənayesi (+6,9%), elektrik avadanlıqlarının istehsalı (+5,4%) sahələrində olub.
Əlaqə telefonu: 377-10-70 (22-10)
