AZ    EN
logo
image

Dövlət Statistika Komitəsi ISO 9001:2015 üzrə yenidən beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

14.09.2026, 10:33

Dövlət Statistika Komitəsinin Aparatı, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Aparatı və 65 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq standartına uyğunluğunu təsdiq edən sertifikata yenidən layiq görülüb.

Sertifikatlaşdırma Komitənin rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində fəaliyyətinin ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən həyata keçirilib.

Audit 2026-cı ilin may ayında sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış “SGS” şirkətinin yerli nümayəndəsi “SGS Azerbaijan” MMC-nin audit qrupu tərəfindən aparılıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsində inzibati və statistik proseslərin keyfiyyətinin təmin edilməsi, statistika proseslərinin təkmilləşdirilməsi və beynəlxalq standartların tətbiqinin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan qayda və standartlar tətbiq olunur. Bu çərçivədə ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun Keyfiyyəti İdarəetmə Sisteminin davamlı təkmilləşdirilməsi təmin edilir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim