AZ    EN
logo
image

“Azərbaycanda tikinti” statistik məcmuəsinin yeni buraxılışı nəşr olunub

30.09.2026, 10:01

Dövlət Statistika Komitəsi “Azərbaycanda tikinti” statistik məcmuəsinin yeni buraxılışını təqdim edib.

Məcmuədə 2000–2025-ci illərdə Azərbaycanda tikinti kompleksinin inkişafını xarakterizə edən əsas statistik göstəricilər yer alıb.

Nəşrdə əsas kapitala yönəldilmiş vəsaitlər, yeni müəssisə və obyektlərin istifadəyə verilməsi, yaşayış evlərinin, sosial və digər təyinatlı obyektlərin tikintisi, eləcə də tikinti müəssisələrinin fəaliyyətini xarakterizə edən göstəricilər əks olunub.

Məcmuənin elektron versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/Az%C9%99rbaycanda_tikinti_2026.pdf
 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari naxcivan_statistika_komitesi etsim