"Azərbaycanın statistik göstəriciləri” məcmuəsinin yeni buraxılışı nəşr olunub
Dövlət Statistika Komitəsi “Azərbaycanın statistik göstəriciləri” statistik məcmuəsinin yeni buraxılışını təqdim edib.
Məcmuədə ölkənin sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətini xarakterizə edən əsas statistik göstəricilər yer alıb.
Nəşrdə müəssisə və təşkilatların statistik hesabatları, ev təsərrüfatları və fiziki şəxslər üzrə aparılmış seçmə statistik müayinələr, eləcə də digər statistik müşahidələrin nəticələri əsasında hazırlanmış məlumatlar təqdim olunur.
Məcmuənin elektron versiyası ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/stat-yearbook_2026.pdf

