AZ    EN
logo

İstehlak qiymətlərinin dəyişməsi haqqında

12.10.2026, 15:00

2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-sentyabr aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,5 faiz artıb.

Cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayına nisbətən 0,9 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5,5 faiz artıb.

2026-cı ilin sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,4 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6,9 faiz artıb.

Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal, qoyun və toyuq əti, təzə və dondurulmuş balıq, yumurta, gavalı, şaftalı, şabalıd, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, yerkökü, soğan və kartofun qiymətləri bahalaşıb, kərə yağı, limon, alma, armud, üzüm, kivi, qoz, fındıq və ağ kələmin qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,6 faiz artıb. Sentyabr ayında əvvəlki ayla müqayisədə geyim, boya, kəsilmiş taxta, mebel, noutbuk və planşet kompüterlərin qiymətləri bahalaşıb, zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,6 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,1 faiz təşkil edib. Sentyabr ayında əvvəlki ayla müqayisədə ali və orta ixtisas təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayəyə verilməsi və bərbərxana xidmətlərinin qiymətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və malların çatdırılması xidmətlərinin qiymətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari naxcivan_statistika_komitesi etsim